Noyabrın 4-də Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Məhdudiyyət Qobustan körpüsünün Bakı istiqamətində yerləşən köməkçi hissəsinin yenidən inşası ilə əlaqədardır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, görüləcək işlər səbəbindən 195 və 195E nömrəli avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Dəyişikliyə əsasən, hər iki marşrut üzrə avtobusların hərəkəti Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil olunacaq.
Sərnişinlərə səfərlərini planlaşdırarkən müvəqqəti dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.