Bakı metrosu oktyabrda 16 milyondan çox sərnişin daşıyıb

Bakı metrosu oktyabrda 16 milyondan çox

2026-cı ilin oktyabr ayında Bakı metrosunda 16 milyondan çox sərnişin səfəri qeydə alınıb. Ay ərzində ən çox sərnişin qəbul edən stansiya “Koroğlu” olub.

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, oktyabrda girişi ödənişsiz olan “Xocəsən” və “Avtovağzal” stansiyalarından ümumilikdə 556 min 424 sərnişin istifadə edib. Bu, sentyabr ayı ilə müqayisədə 64% artım deməkdir.

“Koroğlu” stansiyası ay ərzində 1 milyon 683 min 32 sərnişinə xidmət göstərərək ən yüksək göstəriciyə nail olub.

Ay ərzində metroda ən yüksək sərnişin axını oktyabrın 20-də qeydə alınıb. Həmin gün metro xidmətlərindən 641 min 442 nəfər istifadə edib.

Rəqəmsal ödəniş vasitələrinə maraq da artıb. Oktyabr ayında NFC texnologiyası və QR biletlər vasitəsilə ümumilikdə 8 milyon 879 min 685 ödəniş həyata keçirilib. Bu göstərici sentyabr ayı ilə müqayisədə 15,9% çoxdur.

Bundan əlavə, ödənişli sərnişinlərin 43,3%-i gediş haqqını NFC texnologiyası ilə ödəyib.

Sərnişinlər üçün əlçatanlıq imkanlarının genişləndirilməsi məqsədilə fəaliyyət göstərən “Əlçatan metro” xidmətindən oktyabr ayı ərzində 113 nəfər istifadə edib.