"Fujifilm Holdings"in maliyyə direktoru Hiquti bildirib ki, yarımkeçirici istehsalında istifadə olunan materiallara tələbat hazırda çox yüksək səviyyədədir. O, bu barədə "Nikkei Veritas" nəşrinə müsahibəsində danışıb.
Hiqutinin sözlərinə görə, məlumat emalı mərkəzlərində (data mərkəzlərində) istifadə olunan maqnit lentlərinə tələbat da sürətlə artır. Şirkət bu seqment üzrə satışların 2027-ci ilin martında başa çatan maliyyə ilində illik ifadədə iki dəfə artacağını gözləyir.
Maliyyə direktoru qeyd edib ki, 2027-ci maliyyə ili üçün açıqlanan 365 milyard yen əməliyyat mənfəəti proqnozu 90–100 milyard yen həcmində sərbəst pul axını əldə olunacağı fərziyyəsinə əsaslanır.
O əlavə edib ki, "Fujifilm" borcun EBITDA-ya nisbətinin 2 dəfə həddini aşdığı hallarda yeni investisiyalara ehtiyatla yanaşmağa davam edəcək. Hiquti "JSR" şirkəti ilə bağlı sualı isə cavablandırmayıb.
"Citi" analitikləri isə hesab edirlər ki, yarımkeçirici materiallarına yüksək tələbat aprel–iyun dövründə şirkətin illik mənfəətində gözlənilən azalmanın əvvəlki proqnozlardan daha məhdud olacağı ehtimalını artırır.
MONETAR.AZ