2026-cı ilin yanvar-iyun aylarında kompüter, elektron və optik məhsulların, eləcə də elektrik avadanlıqlarının istehsalı göstəriciləri açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə noutbuk istehsalı 692 ədəd təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51,6% azalıb.
Stolüstü kompüterlərin istehsalı isə 287 ədəd olub. İllik müqayisədə bu sahədə də ciddi azalma qeydə alınıb və istehsal həcmi 84% aşağı düşüb.
Ölçmə cihazlarının istehsalı 163,4 min ədəd təşkil edib. Bu məhsul növü üzrə istehsal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,7% azalıb.
Elektrik avadanlıqlarının istehsalı sahəsində də fərqli göstəricilər qeydə alınıb. Belə ki, hesabat dövründə 89 ədəd güc transformatoru istehsal olunub və bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55,5% azalma deməkdir.
Elektrik tənzimləyici cihazların istehsalında isə artım müşahidə edilib. Yanvar-iyun aylarında 2 595 ədəd belə cihaz istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 54,4% çoxdur.
Digər elektrik naqillərinin istehsalı 4 854,4 ton təşkil edib. Bu məhsul üzrə istehsal həcmi illik müqayisədə 13% azalıb. İyulun 1-nə sənaye müəssisələrinin anbarlarında 219,6 ton hazır məhsul ehtiyatı olub.
MONETAR.AZ