Britaniya Baş Naziri yeni iqtisadi model vəd edir

Britaniya Baş Naziri yeni iqtisadi model

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnem bugün bildirib ki, hökumət bu həftə yaşayış dəyərinin bahalaşması ilə mübarizəyə yönəlmiş yeni tədbirlər paketini, ilin sonuna qədər isə ölkənin inkişafını nəzərdə tutan 10 illik strateji planı təqdim edəcək.

Dauninq-strit 10 ünvanındakı baş nazir iqamətgahının qarşısında çıxış edən Börnem deyib ki, Böyük Britaniya sabitliyi bərpa etmək bacarığını yenidən bütün dünyaya nümayiş etdirməlidir. O, əvvəlki dövrlərdə buraxılan səhvləri etiraf edərək, "Biz kifayət qədər yaxşı deyildik və daha yaxşı olmalıyıq", – sözlərini işlədib.

Baş nazir hazırkı mərhələni "Britaniya üçün dönüş nöqtəsi" adlandıraraq, ölkədə həm yeni siyasi yanaşmanın, həm də yeni iqtisadi modelin tətbiq ediləcəyini vurğulayıb. Onun sözlərinə görə, hökumətin fəaliyyəti daha çox əməkdaşlıq, dialoq və birgə qərarvermə prinsiplərinə əsaslanacaq.

Börnem qeyd edib ki, hökumət qarşıdakı illərdə həyata keçirilməsi planlaşdırılan genişmiqyaslı islahatların əsas istiqamətlərindən biri kimi yeni iqtisadiyyatın formalaşdırılmasına xüsusi önəm verəcək.

MONETAR.AZ