Hesabat dövründə tikinti şüşəsinin istehsalı 4 113 min kvadratmetr təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,1% azalma deməkdir. İyulun 1-nə sənaye müəssisələrinin anbarlarında 2 416,2 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
Tikinti kərpiclərinin istehsalı 283,4 min kubmetr təşkil edib. Bu sahədə istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,5% azalıb. Hazır məhsul ehtiyatı isə 25,5 min kubmetr olub.
Sement klinkerlərinin istehsalında artım qeydə alınıb. Yanvar-iyun aylarında 1 906,5 min ton sement klinkeri istehsal edilib ki, bu da illik müqayisədə 3,2% çoxdur. Onun əmtəəlik hissəsi 721,6 min ton təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 40,9% artıb.
Sement istehsalı isə 1 851,1 min ton olub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5% azalıb. Hesabat tarixinə anbarlarda 206,4 min ton sement ehtiyatı qalıb.
Əhəng istehsalında ciddi artım qeydə alınıb. Belə ki, altı ay ərzində 18,9 min ton əhəng istehsal olunub və bu, illik müqayisədə 70,3% artım deməkdir.
Gips məmulatlarının istehsalı isə azalıb. Bu dövrdə 27,9 min ton gips məmulatı istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövründən 52,7% aşağıdır. Tikinti gipsinin istehsalı 23,1 min ton təşkil edib və 59,3% azalıb.
Sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 43,8 min ton olub. Bu sahədə illik azalma 35,9% təşkil edib.
Betondan yığma tikinti konstruksiyalarının istehsalı 37,4 min kubmetr təşkil edib və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,9% azalıb.
Beton istehsalı isə 2 180,3 min ton olub. Bu illik müqayisədə 0,8 % azalma deməkdir.
MONETAR.AZ