"Xinhua" dövlət agentliyinin məlumatına görə, Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan ilə Tailandın Baş naziri Anuttin Çarnvirakul arasında bazar ertəsi keçirilən ikitərəfli görüşdə Pekin Çin–Tailand dəmir yolu da daxil olmaqla, irihəcmli infrastruktur layihələrinin tikintisinin sürətləndirilməsinə çağırıb.
Çin, həmçinin süni intellekt və elektromobillər də daxil olmaqla, yüksək texnologiyalar və digər perspektivli sahələr üzrə Tailandla əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.
Li Tsyan qeyd edib ki, Pekin transsərhəd ödəniş sistemlərinin təkmilləşdirilməsi və milli valyutalarda hesablaşma mexanizmlərinin təşviqi istiqamətində Banqkokla birgə işləməyə hazırdır.
Görüş çərçivəsində iki ölkənin nümayəndələri ticarət, kənd təsərrüfatı, gömrük işi, elm və texnologiya, süni intellekt sahəsində təhsil, aerokosmik sənaye, əqli mülkiyyət hüquqları və kütləvi informasiya vasitələri üzrə əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlər imzalayıblar.
MONETAR.AZ